Bordin: "Qarabağ"ın hansı nəticə əldə etməsi məni düşündürmür"

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Keşlə” 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis qələbəni şərh edib:

- Bizi çətin oyun gözləyəcəyini bilirdik. Meydançanın durumu yaxşı deyildi. Buna hazır idik. Bir neçə imkanımız olsa da, yararlana bilmirdik. Sonda penaltidən vurduğumuz qol sayəsində qələbə qazandıq. Futbolçularımı təbrik edirəm.

- Oyunun bu qədər çətin keçəcəyini gözləyirdiniz?

- Meydança amili oyunu çətinləşdirirdi. Hər iki komanda üçün top saxlamaq çətin idi. Qələbə qazandığımız üçün sevinirik.

- Mirabdulla Abbasov həvəsiz görünür. Bunun səbəbi nədir?

- Mən belə düşünmürəm. Oyunda olduğu müddətdə komandaya xeyri dəydi. Hətta qol da vura bilərdi.

- Necə düşünürsünüz, əsas rəqibiniz “Qarabağ” “Sumqayıt”la oyunda xal itirə bilər?

- Əlbəttə, çempionatın hər bir oyunu çətin keçir. Ancaq mən öz komandam barədə düşünürəm. Qələbəni qeyd etməliyik. "Qarabağ"ın hansı nəticə əldə etməsi məni düşündürmür. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right