"Neftçi" "Keşlə"yə, "Səbail" Zirə"yə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqada sonuncu dövrəyə start verilib.

Newsport.az-ın məlumatına görə, 22-ci turun 2 oyundan 1-i başa çatıb, digəri başlayıb. Açılış matçında "Zirə" "Səbail"i qəbul edib və qonaq komanda son dəqiqə qolu ilə qalib gəlib  - 2:1. "Səbail"in yeni transferi Maykl Essyen bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.

 

Digər görüşdə isə lider "Neftçi" "Keşlə"nin qonağı olub və 1:0 hesabı ilə qalib. Bu qələbə ilə xalını 48-ə yüksəldən Roberto Bordinin komandası liderliyi qoruyub.

Qeyd edək ki, 31 mart soyqırımı gününə görə turun digər iki oyunu sabah yox, aprelin 1-də (bazar ertəsi) keçiriləcək.

 

30 mart (şənbə)

18:30. “Keşlə” – “Neftçi” - 0:1 
Qol: 
Emin Mahmudov, 79-pen
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov
“ASK Arena”

16:00. “Zirə” – “Səbail” - 1:2 
Qollar: 
Ağabala Ramazanov, 41 (0:1), Sezar Rodrigez, 69 (1:1), Şəhriyar Rəhimov, 90+4 (1:2)
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right