“Sabah” klubunun düşərgəsində baxışda olan qanalı futbolçu Daniel Lomoteylə bağlı qərar verilib.
Newsport.az xəbər verir ki, 19 yaşlı futbolçu bu gün ölkəsinə qayıdacaq.
Komandanın baş məşqçisi Elşad Əhmədov gənc oyunçunun hazırlıq durumundan razı qalıb. Onun yay transfer dönəmində komandaya qoşulması müzakirə olunacaq.
Qeyd edək ki, Lomotey "West African Football Academy"in (Qərbi Afrika Futbol Akademiyası) yetirməsidi.