Türkmənistan millisinin xorvatiyalı baş məşqçisi Ante Mişe "Qarabağ"da çıxış edən həmyerlisi Filip Ozobiçdən söz açıb.
Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis hansısa xorvatiyalı futbolçunun milliləşdirilməsindən danışarkən məhz Filipi qeyd edib: "Milli, kommersiya maraqları olmayan komandadı. Milli komanda bu ölkədən olan insanlar üçündü. Filip Ozobiç adlı futbolçu var, Azərbaycanda "Qarabağ"da çıxış edir, 27 yaşı var. Mən bildiyim qədər o, Azərbaycan vətəndaşlığını almaq istəyir. Fikrimcə, hansısa xorvatiyalı futbolçu və ya gələcəkdə İspaniyadan şərti futbolçu Tükmənistanın yüksək liqasında 5 ildən artıq çıxış edəcəksə və özü də möhtəşəm oynayacaqsa, onda yəqin, mümkündü".
Qeyd edək ki, millisində yoldaşlıq görüşündə meydana çıxan, ölkəmizdə 3-cü mövsümünü keçirən Ozobiç 3-cü mövsümdə ölkəmizdə legioner həyatı yaşayır. 28 yaşlı yarımmüdafiəçi bunadək 2 ili "Qəbələ"də keçirib.