"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Newsport.az-ın məlumatına görə, o, qələbə münasibət ilə futbolçularını təbrik edib:
"Futbolçularım çox diqqətli oynadılar. 90 dəqiqə öz oyun tərzimizi itirmədik. "Neftçi”yə qarşı bu arenada oynamaq çox xoşdur. Əsl futbol ab-havası gördük. Azarkeşlar çox möhtəşəm idi. Onları təbrik edirəm".