"Neftçi" Ruslan Abışovu əvəzedici komandaya göndərdi

Paytaxtın "Neftçi" klubu kapitanı Ruslan Abışovu əvəzedici komandaya gööndərib.  

Newsport.az saytının məlumatına görə, zədəsini yenidən sağaldan təcrübəli futbolçu bu gün baş tutacaq "Səbail-2" - "Neftçi-2" matçında meydanda olacaq. "Ağ-qaralar"ın əsas komandasının baş məşqçisi Roberto Bordin uzun müddətdir yaşıl meydanlardan kənarda qalan futbolçunu oyun təcrübəsi qazanmaq üçün əvəzedici komandaya göndərib. Ruslan bugünkü görüşdə komandasının kapitanı olacaq. 

Qeyd edək ki, Ruslan Abışov cari mövsümün əvvəlində diz bağlarından zədə aldığı üçün uzun müddətdir yaşıl meydanlardan kənarda qalıb.   

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right