Qərb derbisinin qalibi 90+6-cı dəqiqədə bəlli oldu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 20-ci tura start verilib.

Newsport.az saytının məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib. “Sumqayıt-2” “Zaqatala”nı, “Neftçi-2” isə “Səbail-2″ni məğlub edib.

Turun maraqla gözlənilən qarşılaşması Tovuzda baş tutub. Qərb derbisində “Turan Tovuz” “Kəpəz”lə qarşılaşıb. “Kəpəz” 90+6-cı dəqiqədə vurduğu qolla oyundan qalib ayrılıb.

 

28 mart (cümə axşamı)

“Səbail-2”  – “Neftçi-2” - 0:3
Qollar:
 Muxtar Əliyev, 3, Əlibəy Məmmədli, 44, Elnur Süleymanov, 88
“Bayıl Arena”

“Sumqayıt-2” – “Zaqatala” - 3:2
Qollar:
 Cavad Kazımov, 5-pen (0:1), İbrahim Əliyev, 19 (1:1), Maqsud Ələkbərov, 24 (1:2), İbrahim Əliyev, 75, (2:2), 83 (3:2)
“Kapital Bank Arena” (ehtiyat meydança)

“Şüvəlan” - “Qaradağ Lökbatan” - 1:2
Qollar:
 Xəyal Əmirli, 18 (0:1), Tural Qürbətov, 58 (1:1), Elçin Əliyev, 82 (2:1)
“AZAL Arena”

“Turan Tovuz” – “Kəpəz” - 1:2
Qollar
: İbrahim Qədiyev, 12 (1:0), Əli əmədov, 30 (1:1), 90+6 (1:2)
Tovuz şəhər stadionu

Qeyd edək ki, turnir cədvəlinə 47 xalla (19 oyundan) MOİK başçılıq edir. "Sumqayıt-2" 46 xalla 2-ci, "Neftçi-2" 39 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right