"Bu matçda bizə üç xal çox vacib idi. İlk dəqiqələrdən oyuna yaxşı başlamışdıq. Amma sonradan təşəbbüsü "Qarabağa" verdik. İkinci hissədə dəyişiklik etdik. Çox təəssüf,son dəqiqələrdə qol buraxdıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçda sonra deyib.
"Etiraf etmək lazımdır ki, "Qarabağ"ın heyəti çox gözəl komplektləşib və özəl üslubları var" - deyə o bildirib.
A.Əsədovun sözlərinə görə, bundan sonra da hər oyuna 3 xal üçün çıxacaqlar:
"Mübarizəni sona kimi davam etdirəcəyik".