"Sumqayıt" "Qarabağ"la görüşə ciddi itkilərlə çıxa bilər

Azərbaycan Premyer Liqasının XXII turunda doğma meydanında "Qarabağ"ı qəbul edəcək "Sumqayıt" klubunun heyətində ciddi itkilər var. 

Newsport.az saytının məlumatına görə, baş məşqçi Ayxan Abbasov bir neçə gün öncə Türkiyədə əməliyyat olunan millimizin üzvü Əfran İsmayılovun xidmətindən istifadə edə bilməyəcək. Təcrübəli yarımmüdafiəçinin növbəti oyuna qədər komandaya qoşulacağı gözlənilir.   

Millimizin düşərgəsində zədə alan yarımmüdafiəçi Aleksey İsayevin durumu isə qeyri-müəyyəndir. Futbolçunun "Qarabağ"la görüşdə iştirak edib-etməyəcəyi oyun gününə qədər dəqiqləşəcək. 

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" görüşü aprelin 1-də keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right