Millimiz Nikola Yurçeviçin rəhbərliyi altında artıq 2 oyun keçirib.
Newsport.az xəbər verir ki, komandamız öncə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiyanın qonağı olub və 1:2 hesabıyla uduzub.
Daha sonra isə yığmamız Bakıda Litva ilə yoldaşlıq görüşündə üz-üzə gəlib. Bu dəfə hesab açılmayıb.
Yurçeviç startdan məmnundu. Görünür, bu cür başlanğıc yeni baş məşqçini yaxşı mənada təəccübləndirib.
Xorvatiyalı mütəxəssis bu münasibətlə qonaqlıq verib. Baltikalı çalışdırıcı Bakının ən prestijli restoranlarından sayılan «Günaydın»da yaxınlarını bir araya gətirib.
Məclisdə Yurçeviçin özüylə gətirdiyi köməkçilər də iştirak edib.
SPORTİNFO.AZ