Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək.
Newsport.az AFFA-ya istinadən xəbər verir ki, milli komanda aprelin 3-də və 6-da Estoniya yığması ilə qarşılaşacaq.
“Dalğa Arena”da keçiriləcək oyunlar müvafiq olaraq saat 16:30-da və 12:00-da başlayacaq.