Yığmamızdan ardıcıl 3-cü məğlubiyyət

UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması son oyununu keçirib. Newsport.az saytı xəbər verir ki, Şimali Makedoniyada təşkil olunan yarışda rəqib ev sahibləri olub.

Oyun Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasının 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, millimiz ilk iki oyununda əvvəlcə Gürcüstana (0:2), ardından isə Səudiyyə Ərəbistanına (1:2) uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right