AFFA milliyə pul mükafatı verdi uduzulan oyuna görə

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası milli komandanın son iki oyununa görə futbolçuları mükafatlandırıb.

Newsport.az qol.az-a istinadən xəbər verir ki, AFFA “Avro-2020”nin seçmə mərhələsinin Xorvatiya ilə rəsmi matçına və Litva ilə yoxlama görüşünə görə hər oyunçuya 5000 min manat pul mükafatı verib (2 min Xorvatiya, 3 min isə Litva ilə oyun üçün).

Xatırladaq ki, milli komandamız Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Litva ilə matçda isə heç-heçə edib.

Qeyd edək ki, adətən, dünya təcrübəsində rəsmi oyunlardakı məğlubiyyət və zəif rəqiblərlə yoxlama matçlarındakı heç-heçəyə görə pul mükafatı verilmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right