Newsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. Klub Kiriçenkoya xidmətləri qarşılığında təşəkkür edib və karyerasında uğurlar arzulayıb.
Vakant posta Vadim Yevseyevin təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Dmitri Kiriçenko "Ufa"ya 2018-ci ilin noyabrında baş məşqçi təyin olunub. Komanda Premyer Liqada 20 turdan sonra 16 xalla 15-ci pillədə qərarlaşıb. Azər Əliyev 2018-ci ilin avqustunda "Krılya Sovetov"dan "Ufa"ya keçib.