"Azərbaycanla oyun buna işarədi" Deyan Lovren

"Macarıstanla oyunun ikinci hissəsini üstün keçirdik. Ancaq bu, uğurlu nəticə üçün kifayət etmədi".  Newsport.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının müdafiəçisi Deyan Lovren deyib.

AVRO-2020-nin seçmə mərhələsində əvvəlcə Azərbaycan millisinə qalib gələn (2:1) xorvatlar daha sonra Macarıstana məğlub olub (1:2). Cəzalı olduğu üçün yığmamızla görüşü buraxan Lovren Budapeştdəki yenilgi barədə danışıb.

O, dünya çempionatındakı uğuru unutmağın vacibliyini vurğulayıb: "Xatirələrlə yaşamaq olmaz. Budapeştdəki nəticə bizi oyandırmalıdı. Macarlar daha aqressiv idilər və layiqli qələbə qazandılar. İstər Azərbaycan, istərsə də Macarıstanla oyun bu günümüz və gələcəyimiz barədə ciddi şəkildə düşünməyin vacibliyinə bir işarədi. Xoşbəxtlikdən qarşıda hələ çox oyun var".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right