36 yaşında qol vurdu, tarixə düşdü

Futbol üzrə İtaliya millisi AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turunda Lixtenşteyni 6:0 hesabıyla məğlub edib.

Newsport.az xəbər verir ki, sözügedən qarşılaşmada iki qolun müəllifi olan Fabio Kvalyarella yığmanın tarixinə düşüb. Belə ki, o, İtaliya futbolu tarixində milli komandada qol vurmağı bacaran ən yaşlı futbolçu ünvanını qazanıb.

Lixtenşteynin qapısına iki dəfə yol tapan forvard, 36 yaş 54 günlüyündə bunu bacarıb.

Kvalyarelladan əvvəl milli komanda tarixində fərqlənən ən yaşlı futbolçu Kristian Panuççi idi. O, yığmada son dəfə fərqlənəndə 35 yaş 62 günlük idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right