Futzal millimiz ilk oyununa çıxır Avropa çempionatında

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, Sloveniyanın Podçetrtek İdman Sarayında komandamız Kipr futzalçıları ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu Marko Rothenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Jaruchieviczdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.

Avropa çempionatının əsas mərhələsi

II qrup, I tur

22:45. Azərbaycan - Kipr
Hakimlər: Marko Rotenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan), Damian Yaruçevis (Polşa)
Podçetrtek İdman Sarayı, Sloveniya





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right