"Azərbaycanı səbr və ustalıq sayəsində məğlub etdik" - Xorvatiya millisinin baş məşqçisi

"Macarıstana məğlubiyyəti gözləmirdik. Hər iki oyuna baxsaq, yaxşı olmadığımızı söyləmək olar". Newsport.az saytının məlumatına görə, bu sözləri AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə E qrupunda yer alan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç ilk iki turun oyunlarını dəyərləndirərkən deyib.

53 yaşlı mütəxəssis bildirib ki, həm evdə Azərbaycanı məğlub etdikləri, həm də səfərdə Macarıstana eyni - 1:2 hesabı ilə uduzduqları görüşlərdə istədikləri futbolu sərgiləməyi bacarmayıblar: "Azərbaycan millisini səbr və ustalıq sayəsində məğlub etdik. İkinci görüşdə isə belə olmadı. Macarıstanla görüşün ilk yarısında pis çıxış etmədik. Oyuna düzgün köklənmiş və yaxşı başlanğıc etmişdik. Lakin hesabda önə keçəndən sonra arxayınlaşdıq və bizim səhvlərimizdən sonra rəqib özünü toparladı. İkinci hissədə vəziyyəti öz xeyrimizə dəyişmək istəsək ki, düzgün oynaya bilmədik. Yekunda məğlub olduq və yaxşı nəticəyə layiq iş görməyi bacarmadıq". 

Qeyd edək ki, iki turdan sonra E qrupunda Slovakiya, Uels, Macarıstan və Xorvatiya yığmalarının hərəyə 3 xalı var. Keçirdiyi bir oyunda uduzan Azərbaycan millisi isə sonuncu sıradadır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right