Türkiyənin “Boluspor” klubu yoxlama oyunu keçirib.
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi TFF 1-ci liqa təmsilçisi Super Liqada mübarizə aparan “Kasımpaşa” ilə qarşılaşıb.
Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. İlk yarıda iki qol buraxan Bolu klubu son 10 dəqiqədə buraxılan topların əvəzini çıxa bilib.
Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi fasilədə əvəzlənib.