Newsport.az-ın məlumatına görə, 1-ci qrupda yer alan yığmamız son turda Rumıniya ilə üz-üzə gələcək.
Rusiyanın Krasnodar şəhərindəki "Kuban" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Bu oyunla eyni vaxtda qrupun digər matçında Rusiya İrlandiya ilə qarşılaşacaq.
2 turdan sonra 6 xala malik İrlandiya qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edib. Bu səbəbdən, hər iki qarşılaşma formal xarakter daşıyır.
AÇ-2019, elit-raund
1-ci qrup
26 mart
18:00. Rumıniya - Azərbaycan
Hakimlər: Adrian Jakkotte, Vital Jobin (hər ikisi İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya).
Krasnodar, "Kuban" stadionu (Rusiya).