Milli komandamız yoldaşlıq oyunu çərçivəsində Litvanı qəbul edib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, oyundan sonra millimizin üzvü Eddi İsrafilov jurnalistlərə müsahibə verib.
- Qalib gəlmək üçün nə çatmadı?
- Biz yaxşı oynadıq, sadəcə, qol çatmadı. Yeni baş məşqçimiz var, çox çalışmalıyıq. Yeni futbolçularımız da var. Qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq.
- Xorvatiya ilə oyundan sonra Litvaya 2-3 cavabsız qolla qalib gələcəyimizi düşünənlər var idi.
- Futbol elədir ki, necə olacağını qabaqcadan demək olmaz. Gələcəyini düşünə bilərsən, amma sonra qalib gəlmirsən. Ona görə də çox çalışmaq lazımdır. Düşünürəm ki, digər oynlarda qalib gələrik.
- Qrupdan çıxmağımız realdır?
- Bilmirəm. Amma biz qrupdan çıxmaq istəyirik. Ancaq necə olacağını sonda görəcəyik. Bizim bunun üçün çox gücümüz var. Futbolda nəyin necə olacağını bilmək olmaz. Sadəcə, gücümüz var və irəliyə getmək istəyirik.
- Əvvələr yığmada yaxşı oynamırdı. İndi isə heç də pis oynamırsan. Fərq nədədir?
- Bunun səbəbini bilmirəm. Mən hər zaman yaxşı oynamaq istəyirəm. Amma hərdən istədiyin kimi alınmır. Mən ola bilər ki, indi yaxşı oyun sərgiləyim. Mən hər zaman belə olmasını arzulayıram.
- Qurban Qurbanovun dönəmində milliyə dəvət almadın. Səncə, bu nəyə görə belə oldu?
- Bilmirəm, bunu məndən yox, Qurban Qurbanovdan soruşun.
- Nikola Yurçeviç Azərbaycan millisinə uğur qazandıra biləcək?
- Hələ ki, nəsə demək çox tezdir. Nikola yaxşı baş məşqçidir. Bizə yaxşı motivasiya verir. Çoxlu söhbət edir. Biz də oynayırıq, görək, necə olacaq.