Newsport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Yarımmüdafiəçi BAL liqasında mübarizə aparan "Çerkezköy 1911" klubu ilə müqavilə imzalayıb. 2017-ci ilin qışından klubsuz qalan təcrübəli futbolçu mövsümün sonuna qədər Marmara təmsilçisinin uğurları üçün çalışacaq.
Vaxtıilə "Revan" və "Keşlə" klublarının şərəfini qoruyan, "Keşlə"də Nizami Hacıyevlə komanda yoldaşı olan Sinan Akkoyun da hazırda "Çerkezköy 1911" klubunda forma geyinir.
Qeyd edək ki, Nizami Hacıyev karyerası ərzində "Olimpik" (Bakı), "Kəzər Lənkəran", MOİK, "Qəbələ" və "Keşlə" klublarının şərəfini qoruyub.