Milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, yığmamız yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşıb və qolsuz bərabərə qalıb.
Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olub. Azərbaycan millisi bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.
Qeyd edək ki, millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.
Yoldaşlıq oyunu
25 mart (bazar ertəsi)
18:00. Azərbaycan - Litva - 0:0
Hakimlər: Fesnik Horatiu, Avram Valentin, Çerei Alexandru (Rumıniya), Orxan Məmmədov
Bakı. "Bakcell Arena"