Milli komanda üzvlərindən Novruz hədiyyəsi FOTOLAR

Bu gün AFFA-nın əməkdaşları, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç, millinin üzvləri Maksim Medvedev, Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Səlahət Ağayev, Bədavi Hüseynov və Mahir Mədətov Novruz bayramı münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət edib.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, onlar AFFA-nın hədiyyələrini təqdim ediblər. Pansionat sakinləri göstərilən diqqətə görə AFFA-ya və milli komandanın üzvlərinə minnətdarlıq edib, millimizə uğurlar arzulayıblar.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right