Nikola Yurçeviç: "Bu, bizim məqsədimizdir"

“Xorvatiya ilə oyunda şanslarımız oldu. Yaxşı nəticə qazana bilərdik. Oynadığımız futbola görə xoşbəxtəm. Bizi sensasiyadan cəmi 10 dəqiqə ayırdı”.

Newsport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Nikola Yurçeviç deyib. 

Millimz sabah Litva ilə yoxlama oyunu keçirəcək.

Oyundan bir gün öncə baş tutacaq mətbuat konfransında iştirak edən xorvatiyalı çalışdırıcı fikirlərini bildirib: “Komanda daxilində yaxşı ab-hava var. Pozitiv nəticəyə ehtiyac var. Sabah qazanılacaq qələbə bizə çox kömək ola bilər. Komanda oyuna çox yaxşı hazırlaşıb. Yaxşı nəticə əldə etsək, pozitiv olacağıq və digər oyunlara yaxşı köklənəcəyik. Hamı oynamaq istəyir. Həm qələbə qazanmağa, həm də az oynayan futbolçulara şans verməyə çalışacağıq”.

- Heyətlə bağlı fikirləriniz necədir? Hansı dəyişikliklər etməyi düşünürsünüz?

- Dəyişikliklərin olması təbii haldır. Ona görə yox ki, kiminsə oyunundan narazı qalmışam. Biz oyunçulara şans verməliyik ki, nəyə qadir olduqlarını görək. Futbolçularım oyunundan razı qalmışam. Xorvatiya ilə oyundan sonra kifayət qədər məşq edə bilməmişik. Amma futbolçularım oynamağa hazırdır. Hamı oynamaq niyyətindədir.

- Oyuna iki hücumçu ilə başlayacaqsınız?     

- Heyətdə dəyişikliklər olacaq. Ancaq hansı şəkildə oynayacağımızla bağlı son qərar verməmişəm. Bugünkü məşqdən sonra hər şeyə aydınlıq gələcək. Ramil Şeydayev mərkəz hücumçusu və cinah hücumçusu kimi oynaya bilər. Hər şey rəqibin necə oynamasından asılıdır. Əvvəllər də bir çox oyunçular həm cinahda, həm mərkəzdə oynayıblar. Məsələn, Mandzukiç belə oynayıb.

- Xorvatiya ilə oyunda əsasən müdafiədən oynamağınız normaldı. Litva ilə görüşdə hücum futbolu izləyəcəyikmi?

- Ümid edirəm ki, həqiqətən belə oynayacağıq. Hamı bilirik Xorvatiya Litva deyil və ya Litva Xorvatiya deyil. Daha çox top saxlamağa çalışacağıq. Bu, bizim məqsədimizdir. Düşünürəm ki, Xorvatiya ilə müqayisədə zəif komanda ilə oyunda futbolçularımı tanıya biləcəyəm.

- Mətbuat konfransı davam edə-edə qeydlər aparırsınız. Maraqlıdır, nə yazırsınız?

- Ağlıma gələn sxemlərin qeydlərini aparıram. Yazdıqlarımı göstərə də bilərəm. Görək, ortaya nə çıxacaq. 

- Millimiz rəhbərliyiniz altında ilk ev oyununa çıxacaq. Azarkeşlərə sözünüz yoxdur?

- Realist olmalıyıq. Biz Xorvatiyadan güclü deyilik. Belə komanda ilə oyunda bir xala layiq idik. Belə nəticə bizə ümidli olmağa çağırır. İndiki rəqibimiz də güclüdür, amma Xorvatiya deyil. Biz əlimizdən gələnin ən yaxşısını etməliyik. Növbəti oyunlara qələbə istəkli çıxmaq üçün qələbə qazanmalıyıq. 

- Sabah qapıda kim dayanacaq və Maksim Medvedev bundan sonra komandanın əsas kapitanı olacaq?

- Səlahət Ağayev qapıda dayanacaq. Müəyyən olunmuş kapitanımız isə Maksimdi. Olmayan şeylər haqda danışmaq istəmirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right