Qana millisinin 19 yaşlı üzvü Azərbaycan klubu ilə müqavilə imzalaya bilər

Azərbaycan Premyer Liqasının debütantı olan "Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Newsport.az saytının məlumatına görə, paytaxt təmsilçisi düşərgəsinə yeni futbolçu cəlb edib. 

Bu, Qananın 23 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Daniel Lomoteydir. 19 yaşlı futbolçu 3 gün öncə paytaxt təmsilçisinin düşərgəsinə cəlb olunub. O, bu gün "FC Baku" ilə yoxlama görüşündə meydana çıxıb. Hücumçu özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq. 

Qeyd edək ki, Lomotey "Sabah"a "West African Football Academy"dən (Qərbi Afrika Futbol Akademiyası) təşrif buyurub.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right