"Qarabağ" "Zirə"ni məğlub etdi

Milli komandaların oyunlarına görə yaranan fasilə ərəfəsində "Qarabağ"la "Zirə" komandaları arasında yoxlama görüşü baş tutub.  

Newsport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.  "Qarabağ"ın qollarına Dani Kintana ilə Filip Ozobiç imza atıblar. "Zirə"nin heyətində isə Xulio Sezar Rodriges fərqlənib. 

Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın növbəti turunda səfərdə "Sumqayıt"la, "Zirə" isə doğma azarkeşləri önündə "Səbail"lə üz-üzə gələcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right