Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.
Newsport.az saytının məlumatına görə, Vüqar Məmmədin yetirmələri “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşıb. Görüş britaniyalıların millimiz üzərində 3:1 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, U-19 millisi ilk oyunda Rusiya ilə qolsuz heç-heçə edib.
23 mart
13:00. Azərbaycan U-19 - İrlandiya-U-19 - 1:3
Qollar: Rayt, 41, Nayt, 63, Afolabi, 85 - Kamran Quliyev, 73
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 59
Baş hakim: Adam Farkaş (Macarıstan)
“Kuban” stadionu