Kamran Ağayevdən sonra daha bir qapıçı sıradan çıxıb: Səlahətə nə oldu?

Azərbaycan milli komandasında uzun müddətdir ki, çərçivəni ələ keçirmiş Kamran Ağayev son vaxtlar kölgədədir.

Newsport.az saytının məlumatına görə, təcrübəli qapıçı yeni baş məşqçi Nikola Yurçeviçə lazım deyil.

Bunun Kamran Ağayevin zədəsindən daha çox Qurban Qurbanovun gedişi ilə bağlı verdiyi müsahibədən qaynaqlandığı gələn xəbərlər arasındadır. Ümid edək ki, Ağayev hər hansı bir açıqlamaya görə deyil, məhz zədəsinə görə kənarda qalıb. 

Bu azmış kimi, çempionatın ən sabit qapıçısı Səlahət Ağayevin də oynamağa tam hazır olmadığı söylənilir. Ayağında ağrılar hiss edən Ağayevin oynamamaq təhlükəsi az olsa da, Xorvatiya ilə matça 100 faiz hazır olmadığı dəqiqdir.

Hətta saat 23:45-də başlanacaq görüşdə qapını “Tobol”un qapıçısı Emil Balayevin qoruyacağı istisna edilmir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right