Azərbaycan milli komandasının və “Sumqayıt”ın futbolçusu Əfran İsmayılov Türkiyənin paytaxtı Ankarada əməliyyat masasına uzanıb.
Newsport.az saytının məlumatına görə, yarımmüdafiəçi çempionatımızda fasilə yaranan kimi qardaş ölkədə dizindən əməliyyat olunub.
Özünü yaxşı hiss edən Əfran əməkdaşımızla söhbətində bildirib ki, sıraya dönməsi üçün 1 ay zaman lazımdı: “Əməliyyat uğurlu keçdi. Düşünürəm ki, bərpa prosesi də tez başa çatar. Əməliyyatdan sonra həkim dedi ki, sıraya dönməyin üçün 1 ay lazımdı”.
Qeyd edək ki, “Sumqayıt”da əsas məqsəd Əfranın Azərbaycan Kubokunun yarımfinal mərhələsinə qədər tam hazır vəziyyətdə olmasıdır.