“Neftçi”nin bu hərəkəti düzgün deyil” – Əmrah Çəlikəl

“Gördük ki, “Neftçi” Əliyar Ağayevin bu görüşə təyin olunmasından narahatdır. Biz də öz növbəmizdə “Neftçi”yə və AFFA-ya müraciət etdik ki, Ə.Ağayev istənilən hakimlə əvəzlənə bilər”.

Newsport.az-ın məlumatına görəbu sözləri  “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi “Neftçi” – “Qarabağ” oyundan əvvəl xoşagəlməz söz-söhbətlərin yayılmaması üçün bu addımı atdıqlarını bildirib:

 “Oyun öncəsi hakimin adı ətrafında belə söhbətlərin yayılması yaxşı hal deyil. Əlbəttə ki, “Neftçi”nin narazılığı bizə qarşı deyil”.

Ə.Çəlikəl “Neftçi” tərəfindən hakim təyinatına belə  reaksiya göstərilməsini düzgün hesab etmədiyini bildirib: “Ola bilər ki, “Neftçi”nin Ə.Ağayevlə hansısa problemləri var. Ancaq hakim də insandır. Ona hələ oyundan əvvəl bu dərəcədə təsir edilməsini düzgün hesab etmirik”.

Xatırladaq ki, “Neftçi” klubu  Premyer Liqamızın 23-cü turunda sabah “Qarabağ”la keçiriləcək oyuna Əliyar Ağayevin baş hakim təyin olunmasına etiraz edib.(qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right