17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Mirbağır İsayev Rusiyanın 17 yığmasına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq matçını şərh edib.
Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, oyunun rəqibin üstünlüyü ilə keçdiyini deyib:
"Hesabı açmağımıza baxmayaraq, qoruya bilmədik. Mərkəzdə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Elit-raund mərhələsinə bir ay qalıb. Bu cür oyunlar keçirmək bizim üçün vacibdir. Elit-raunda qədər ilk 18-liyi müəyyənləşdirməliyik”.