Xərək daşıyan uşaqlara görə cərimə

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında yenə maraqlı qərarlar qəbul edilib. Newsport.az saytı xəbər verir ki, xüsusən də, I divizionda oyunlara həvəskar yanaşma müşahidə olunub.

XIX turun “Keşlə-2” – “Kəpəz” görüşünün ikinci hissəsi meydan sahiblərinin səhlənkarlığı ucbatından 3 dəqiqə gec başlayıb ki, bu da bakılılara 240 manata başa gəlib

MOİK – “Səbail-2” matçında MOİK-in xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığından, "hərbçilər" 80 manat məbləğində cərimələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right