Xorvatiya millisinin qapıçısı Lovre Kaliniç AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasıyla qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb.
Newsport.az xəbər verir ki, təcrübəli qolkiper bu gün hər bir komandanın sensasiya gözləməli olduqlarını bildirib:
"Bunu istəklə oynasa, edə bilər. Ola bilər ki, Nikola Yurçeviçə də sübut etməyə nəsə var. Şübhə etmirəm ki, çətin oyun olacaq. Azərbaycan qalib gəlmək istəyir, ancaq bundan qorxmuruq".
Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı martın 21-də Zaqrebdə "Maksimir" stadionunda keçiriləcək.