17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Bakıda Rusiya yığması ilə yoldaşlıq oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, oyun Rusiya millisinin qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı açan tərəf yığmamız olsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib - 1:2.
Millimizin yeganə qolunu Oruc İsmayılov vurub. Rusiya yığmasından isə Artem Qaladzan dublla yadda qalıb.