"Qarabağ"dan "Neftçi"yə müraciət: "Əliyar Ağayevi istədiyiniz hakimlə əvəzləyin!"

Azərbaycan Premyer Liqasının 23-cü turunun sabah “Neftçi”yə qarşı keçiriləcək oyunu ilə əlaqədar “Qarabağ” paytaxt təmsilçisinə müraciət edib. 

Newsport.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Premyer Liqanın XXIII turunda keçiriləcək “Neftçi”  - “Qarabağ”  oyununa  Əliyar Ağayev təyinat alıb. 

Əliyar Ağayevin iki tur öncə idarə etdiyi  “Neftçi” – “Simurq” qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün “Neftçi” – “Qarabağ” görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq  “Neftçi” PFK-ya müraciət edirik:

“Neftçi” – “Qarabağ” matçına təyinatlar açıqlandıqdan sonra  Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq  Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right