Qana millisinin sabiq üzvü Maykl Essyen "Səbail"lə müqavilə imzalayıb.
Newsport.az-ın məlumatına görə, 36 yaşlı futbolçu paytaxt klubu ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlayıb. Essyen "Səbail"in U-19 komandasının köməkçi məşqçi kimi də fəaliyyət göstərəcək.
Qeyd edək ki, Essyen karyerası ərzində Fransanın "Bastiya”, "Lion", İngiltərənin "Çelsi", İspaniyanın "Real", İtaliyanın "Milan” , Yunanıstanın "Panatinaikos" və İndoneziyanın "Persib Bandunq" klublarının formasını geyinib.
