Maykl Essyen yenidən Bakıda

Qananın əfsanəvi futbolçusu Maykl Essyen yenidən Azərbaycana gəlib.

Newsport.az xəbər verir ki, karyerasını ölkəmizdə davam etdirməsi gözlənilən 37 yaşlı yarımmüdafiəçi bu gün Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Səbail” – “Qarabağ” oyununu izləyəcək.

Bu da səbəbsiz deyil. Çünki "Çelsi", "Real" və "Milan"ın sabiq oyunçusunun "Səbail"ə keçidi gündəmdədi. Hətta bu səfər zamanı tərəflər arasında son danışıqların aparılması və müqavilənin imzalanması gözlənilir.

Onun paytaxt təmsilçisi ilə müqavilə müddəti açıqlanmasa da, bunun 1 və ya 1,5 illik olması ehtimal edilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right