I divizionda XIX tura yekun vurulub. Newsport.az saytının məlumatına görə, son gündə 2 görüş keçirilib.
"Keşlə"nin ikinci komandası aşağı sıralarda qərarlaşan "Kəpəz"in müqavimətini qıra bilməyib.
Sonuncu yerin sahibi "Zirə-2" isə "Qaradağ Lökbatan"ın qonağı olub. Rəqibinə qalib gələn zirəlilər son pillədən qurtulub. Azərbaycan millisinin hücumçusu Pərdis Fərcad-Azad əvəzedici komandanın heyətində dublla imza atıb.
I divizion
XIX tur
"Keşlə-2" - "Kəpəz" - 1:1
Nurlan Quliyev, 79 (pen.) - Sənan Həsənov, 58
"Qaradağ Lökbatan" - "Zirə-2" - 1:2
Emin Mehtiyev, 45+3 - Pərdis Fərcad-Azad, 16, 82