"Qəbələ" çempion oldu 6 tur qalmış

"Qəbələ"nin U-19 komandası AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olub.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" bu gün start götürən IV dövrənin ilk turunda qızıl medalları təmin edib. XXII turda “Qarabağ”la qarşılaşan Famil Xəlilovun baş məşqçisi olduğu komanda 1:0 hesablı qələbə ilə 1-ci yeri rəsmiləşdirib.


Xal hesabını 60-a çatdıran “Qəbələ” ən yaxın izləyicisi “Keşlə”dən 18 xal uzaqlaşıb. Bundan sonra paytaxt təmsilçisi bütün matçlarda qalib gəlsə də, şəxsi oyunların (2:0, 5:0, 3:0) nəticəsinə görə “qırmızı-qaralar” əsas rəqibini arxada qoyacaq.

Bu çempionluq "Qəbələ"yə ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə UEFA Gənclər Liqasında oynamaq hüququ verib.

Xatırladaq ki, “Qəbələ” tarixində 4-cü dəfə U-19-ların yarışının qalibi olub. 2012/13, 2015/16 və 2017/18 mövsümlərində də qızıl medalları “qırmızı-qaralar” qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right