Emil Balayev də milliyə çağırıldı

Azərbaycan millisinə çağırılan daha bir futbolçunun adı açıqlanıb. Newsport.az saytı xəbər verir ki, qapıçı Emil Balayev də yeni baş məşqçi Nikola Yurçeviçin ilk siyahısında olacaq.

Bu barədə məlumatı qolkiperin klubu "Tobol" rəsmi saytı vasitəsilə yayıb. Bildirilir ki, Balayev qarşıdakı oyunlar üçün milliyə dəvət alıb. O, martın 21-də AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, 25-də isə Litva ilə yoldaşlıq görüşündə iştirak edə biləcək.

Qeyd edək ki, Emil Balayevdən öncə legioner həyatı yaşayan Rüfət Dadaşov, Dmitri Nazarov və Ramil Şeydayevin də milliyə çağırıldığı açıqlanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right