Dmitri Nazarov milliyə dəvət aldı

Almaniya II Bundesliqasında çıxış edən "Aue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov milli komandamıza dəvət alıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb. 28 yaşlı futbolçu millimizin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ və Litva ilə yoxlama oyununda heyətdə yer alacaq.

Seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra Bakıda Litva ilə yoxlama matçı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right