AFFA-dan daha 4 komandaya texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

Region Liqasında “Şəki”  – “Qoşqar UGİM-2” matçının 63-cü dəqiqəsində “Şəki”nin futbolçusu Süleyman Hüseynzadə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

Region Liqasında “İmişli” – “Baku” FC matçının 78-ci dəqiqəsində “İmişli”nin futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” PFK  – “Qarabağ” matçının 87-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mahir Həsənov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

U-16 Liqasında “Viləş” – “İsgəndər Cavadov” matçının 76-cı dəqiqəsində “Viləş”in futbolçusu Ramiz Qasımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Sabah” – “Qəbələ” matçının 80+3-cü dəqiqəsində “Sabah”ın futbolçusu Vüsal Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Viləş” – “Gəncə” TİM matçının 66-cı dəqiqəsində “Viləş”in futbolçusu Şahin Cavadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Keşlə” – “Sabah” matçının 68-cı dəqiqəsində “Sabah”ın futbolçusu Mahir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Mil-Muğan” – “Zaqatala” matçının 65-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Muxtar Məmmədovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-14 Liqasında “Turan Tovuz” – “Kəpəz” matçının 46-cı dəqiqəsində “Turan Tovuz”un futbolçusu İsmayıl İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 46-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Araz Əsgərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Keşlə” – “Qarabağ” matçının 21-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Ağamusa Seyfiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun ilk hissəsi bitdikdən sonra “Keşlə”nin baş məşqçisi Alim Qurbanov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

U-12 Liqasında “Junior” FK – “Neftçi” PFK matçında “Junior” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında “Məhsul”(Cəlilabad) – “Zirvə” (Lənkəran) matçının 28-ci dəqiqəsində “Məhsul”un məşqçisi Elçin Əsgərov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Qızlar Liqasında “Sumqayıt” – “Angel” matçında “Sumqayıt”ın heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasında “Aran” – “Mələklər” matçında “Mələklər” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Araz” – EKOL matçının 14-cü dəqiqəsində “Araz”ın futzalçısı Masoud Nasirzadehca ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 25-ci dəqiqəsində EKOL-un futzalçısı Ramiz Çovdarov təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb. Oyunun 38-ci dəqiqəsində EKOL-un futzalçısı Faiq Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Standart” – “Sabunçu” matçında “Sabunçu” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.

Futzal üzrə Birinci Liqanın “Zəngilan” – U-19 matçının 8-ci dəqiqəsində U-19-un futzalçısı Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 21-ci dəqiqəsində U-19-un baş məşqçisi Ağatahir Əzimov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Təbriz” – “Xəzər” matçının 27-ci dəqiqəsində “Xəzər”in futzalçısı Asim Şükürov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Advokat” – “Baker Hughes” matçının 30-cu dəqiqəsində “Baker Hughes” klubunun futbolçusu İlqar Səlimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Bədr FK Xocalı” – “Obolon” matçının 30-cu dəqiqəsində “Bədr FK Xocalı”nın futzalçısı Ceyhun Mürşüdlü rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Borçalı” matçının 30-cu dəqiqəsində “Borçalı”nın futzalçısı Orxan Gülməmməmdli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Atletiko Baku” klubunun məşqçisi Zaur Səmədov və “Borçalı” klubunun məşqçisi Zöhrab Məmmədov biri-birini təhqir etdiklərinə görə hər iki şəxs 3 oyun cəzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right