Divizion klublarının da cəzası açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda Birinci Divizionun 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə-2” – “Zaqatala” matçında “Zirə-2” klubunun 4, “Zaqatala” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4, “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. “Turan Tovuz” matçın protokolunu vaxtında təqdim etmədiyinə görə, klub  80 manat cərimə olunub.

“Səbail-2” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 59-cu dəqiqəsində “Qarabağ-2” klubunun futbolçusu Musa Qurbanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Şüvəlan” – “Neftçi-2” matçında “Şüvəlan” və “Neftçi-2” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində “Şüvəlan”ın futbolçusu Seyxan Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Neftçi-2” klubunun məşqçisi Fuad Əsədov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə olunub. Xərək daşıyan şəxslərin yaşı əsasnaməyə uyğun olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right