Litvanın Bakıya gələcək "23-lüy"ü

Litva yığmasının Azərbaycanla keçiriləcək yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Valdas Urbonas martın 25-dəki qarşılaşmaya 23 oyunçu dəvət edib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi və 4-ü hücumçudu.

Qeyd edək ki, Azərbaycan - Litva görüşü "Bakcell Arena"da keçiriləcək. Qarşılaşma 18:00-da başlayacaq. Rəqib komanda bundan əvvəl martın 22-də AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqla qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right