Millimizin rəqibi heyətini açıqladı

Millimizin "Avro-2020"nin seçmə mərhələsindəki rəqiblərindən Macarıstan yığmasının heyəti açıqlanıb.

Newsport.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Marko Rossi martın 21-də Slovakiya, 3 gün sonra isə Xorvatiya ilə oyunlar üçün 26 futbolçuya dəvət göndərib. Onların 3-ü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 7-si isə hücumçudur.

Qapıçılar: Dibuş Deneş ("Ferensvaroş", Macarıstan), Peter Qulaşi ("Leyptsiq", Almaniya), Adam Kovaşik ("Videoton", Macarıstan)

Müdafiəçilər: Barat Botond ("Sportinq Kanzas", ABŞ), Bese Benabaş ("Havr", Fransa), Tamaş Kadar ("Dinamo", Kiyev, Ukrayna), Mixay Korxut ("Aris", Yunanıstan), Adam Lanq (ÇFR, Rumıniya), Gerqo Lovrençiç ("Ferensvaroş"), Orban Villi ("Leyptsiq"), Paulo Vinisius ("Videoton")

Yarımmüdafiəçilər: Daniel Qazdaq ("Honved", Macarıstan), David Holman ("Slovan", Slovakiya), Jolt Kalmar ("DAk 1904", Avstriya), laslo Klyanheyzer ("Osiek", Xorvatiya), İştvan Kovaç ("Videoton"), Adam Nad ("Bolonya", İtaliya), Mate Patkay (Videoton"), Dominik Şoboşlay ("Red Bull", Avstriya)

Hücumçular: Norbert Balox ("Ellinon", Yunanıstan), Balaş Cudcak ("Əl-İttihad", Birləşmiş Ərəb Əmirlikləri), Filip Holender ("Honved"), Dominik Nad ("Legiya", Polşa), kriştian Nemets ("Sportinq Kanzas"), Adam Şalay ("Hoffenhaym", Almaniya), Roland Varqa ("Ferensvaroş")





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right