"Neftçi"nin futbolçusu yığmaya çağırıldı, "Qarabağ"lı kənarda qaldı

Haiti millisinin heyəti açıqlanıb. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən iki haitilidən biri də yığmaya dəvət alıb.

Belə ki, KONKAKAF Kubokunun seçmə mərhələsində martın 24-də Kuba ilə keçiriləcək ev oyununa "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar da çağırılıb. Əvəzində "Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye dəvətlilər sırasında olmayıb. Buna səbəb Geryenin Nikaraqua ilə son matçda qırmızı vərəqə alaraq cəzalı duruma düşməsidi.

Qeyd edək ki, 34 komandanın iştirak etdiyi yarışda Haiti 3 turdan sonra maksimum nəticə göstərən 6 komandadan biridi. Növbəti turun ardından məhz 6 yığma A Liqasında, eyni zamanda qızıl kubok uğrunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right