Azərbaycan Premyer Liqasının lideri "Neftçi" 21-ci turda "Qəbələ"ni qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, komandanın aparıcı üzvü olan Baqali Dabo sabiq komandasına qarşı oynaya bilməyəcək.
Buna səbəb fransız forvardın cəzalı duruma düşməsi olub. 30 yaşlı forvard cari mövsüm 4-cü dəfə sarı vərəqə almaqla limiti doldurub.
Dabo cari mövsüm ilk sarı vərəqəsini 9-cu turda "Qarabağ"a qalib gəldikləri (3:1) oyunda alıb. Hücumçunun Premyer Liqada növbəti sarı vərəqəsi də Ağdam klubuna qarşı 15-ci turda gerçəkləşib. Təcrübəli forvard 19-cu turda "Sabah" və 20-ci turda "Sumqayıt"la görüşlərdə xəbərdarlıq almaqla limiti doldurub. Futbolçunun 13-cü turda "Sabah"la görüşdə aldığı iki sarı vərəqə isə qaydalara əsasən, qırmızı kart kimi götürülür. Bu səbəbdən də Dabo 21-ci turu buraxmalı olacaq.
Qeyd edək ki, Baqali Dabo 9 qolla Premyer Liqanın bombardiridir.