"Qarabağ"ın futbolçusu milliyə çağırıldı

“Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə dəvət olunub.

Newsport.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi martın 18-də yığmanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Bolqarıstan millisi AÇ-2020-nin seçmə mərhələsində martın 22-si evdə Çernoqoriya, 4 gün sonra isə səfərdə Kosovoyla qarşılaşacaq





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right