AFFA AZAL-ın futbolçusunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Aparılan müzakirələrdən sonra  Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 22-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.  

Belə ki, AZAL-la oyunda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 10-cu dəqiqəsində AZAL-ın futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right